Xəbər lenti

Rusiya genişmiqyaslı hücuma hazırdırmı? - General rusların planlarını açıqladı
Dünya 11:44 12.04.2025

Rusiya genişmiqyaslı hücuma hazırdırmı? - General rusların planlarını açıqladı

Ruslar bir neçə istiqamətdə hücuma hazırlaşmağa davam edirlər, lakin hələlik genişmiqyaslı əməliyyat üçün tam hazır deyillər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru, siyasi və hərbi xadim Sergey Krivonos bildirib.

"Düşmənin müxtəlif sahələrdəki aktivliyi göstərir ki, ruslar bizim zəif nöqtələrimizi yoxlamağa, atəş vasitələrimizi müəyyən etməyə çalışırlar. Bu isə gələcəkdə real genişmiqyaslı hücum üçün istifadə oluna bilər", deyə ekspert vurğulayıb.

General-mayorun sözlərinə görə, hücumu həyata keçirmək üçün Rusiya qüvvələrini artırmalıdır. O əlavə edib ki, hələlik Rusiya tərəfindən hücum başlanmayıb, lakin hazırlıq işləri davam edir.

"Bizim vəzifəmiz – onların bütün istəklərinə baxmayaraq – mövqelərimizin mühəndis-fortifikasiya baxımından möhkəmləndirilməsini davam etdirmək və düşmənin zərbə vasitələri barədə fəal kəşfiyyat aparmaqdır ki, onlara vaxtında zərbə endirmək mümkün olsun", deyə Krivonos qeyd edib.

Bundan əvvəl Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa bəyan etmişdi ki, Rusiya artıq aprelin sonunda hücumu gücləndirəcək. Onun sözlərinə görə, işğalçılar Pokrovsk istiqamətində hücumu önə çəkə və eyni zamanda Kupyansk və Liman yaxınlığındakı şərq cəbhələrində, eləcə də Zaporojye və Novopavlovka yaxınlığındakı cənub-şərq cəbhələrində fəal əməliyyatlar apara bilərlər.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi Dmitri Lixoviy Rusiyanın Sumı və Xarkov vilayətlərinə hücum planlarına münasibət bildirib. Onun sözlərinə görə, hazırda döyüş meydanında ciddi dəyişikliklər müşahidə olunmur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->