Xəbər lenti

İdman 23:01 12.04.2025

"Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub etdi

Misli Premyer Liqasının XXX turunda daha bir oyun keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qəbələsi ilə yekunlaşıb.

"Gənclik şəhəri" təmsilçisində 9-cu dəqiqədə Roi Kehat fərqlənib. Bölgə klubunda 57-ci dəqiqədə Maykl Tuik, 60-cı dəqiqədə Alfons Msanqa adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Şamaxı" yeddinci pilləyə yüksəlib. 29 xalı olan "Sumqayıt" səkkizinci sıraya düşüb.

Günün ilk matçında "Turan Tovuz" evdə "Sabah"ı məğlub edib - 2:0.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Səbail"i 4:1 hesabı ilə üstələmişdi. Tura aprelin 13-də yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->