Xəbər lenti

Tahir Kərimli sədrlikdən gedəcək: Varisi kim olacaq?
Siyasət 16:34 11.04.2025

Tahir Kərimli sədrlikdən gedəcək: Varisi kim olacaq?

Vəhdət Partiyasının sədri Tahir Kərimli rəhbərlikdən getmək qərarını verib.

Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın Baş Məclisinin sədri Fəxrəddin Ağazadə deyib.

Onun sözlərinə görə, Tahir Kərimli sədrlikdən getsə də, Vəhdət Partiyasının lideri kimi fəaliyyət göstərəcək:
 
"Tahir müəllim hər həftənin 2-3 günü partiyada olur, müzakirələrdə iştirak edir. Onun sədrlikdən getməsini partiyanın qurultayı həll edir. Düzdür, Tahir müəllim deyib ki, 70 yaşı olanda sədrlikdən gedəcək, amma biz onu getməyə qoymuruq. Hələ onun 70 yaşına iki ilə yaxın müddət var".

"Tahir Kərimli sədr kimi yerinə varis olaraq kimi hazırlayır" sualına Fəfrəddin Ağazadə belə cavab verib:

"Bu məsələ partiyada hələ aktual deyil. Daha doğrusu bu fikiri üzvlərimiz hələ yaxın buraxmır. Bu kollegial bir məsələdir, partiyanın Baş Məclisi var. Qurultay çağrılalı, məsələ müzakirə edilməli və sonra sədr postuna seçki keçirilməlidir. Mən partiya sədr olmayacam, çünki aramızda az yaş fərqi var. Əgər Tahir müəllim getsə, yerinə gənclərdən biri seçiləcək. Sədrlik ağır və məsuliyyətli işdir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->