Xəbər lenti

Hikmət Hacıyev: Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır
Siyasət 09:38 18.05.2026

Hikmət Hacıyev: Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır

Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.

O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı paylaşdığı videonun üzərində yazıb:

"İqlim dəyişikliklərinin təsirləri və havanın şıltaqlıqlarına baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürür. Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır. 40.000-dən çox iştirakçı ilə indiyədək keçirilmiş ən böyük WUF".

--> -->