Xəbər lenti

Aktrisa Sonaxanım Əliyeva 45 kiloqram arıqladı
Maqazin 16:50 16.05.2026

Aktrisa Sonaxanım Əliyeva 45 kiloqram arıqladı

Azərbaycanlı aktrisa Sonaxanım Əliyeva yeni görünüşü ilə hər kəsi təəccübləndirib. Buna səbəb onun qısa müddətdə xeyli çəki itirməsi olub.

Aktrisa Qaynarinfo-ya açıqlamasında bildirib ki, 7 ay ərzində 45 kiloqram arıqlayıb:

"5 ay ərzində 35 kiloqram, növbəti aylarda isə əlavə 10 kiloqram çəki itirdim. Sağlam şəkildə arıqlamışam. Bu yolda mənə endokrinoloq həkimim dəstək olub. İlk növbədə qan analizləri verilməli, varsa xəstəliklər müəyyən olunmalı və müalicə edilməlidir. Bundan sonra əsas məsələ fiziki aktivlikdir. Gün ərzində ən azı 15-20 min addım yerimək lazımdır. Müalicə və yürüş paralel aparıldıqda çəki daha sürətlə azalır”.

Aktrisa bir vaxtlar 107 kiloqram çəkisi olduğunu da xatırladıb:
"Hazırda 62 kiloqramam. Çox arıqlamışam. İndi istədiyim vaxt kökəlib yenidən arıqlaya bilərəm”.

Bahar Rüstəmli
--> -->