Xəbər lenti

Azərbaycanda yeni stadion tikilir - Bu ay təməlqoyma mərasimi olacaq
İdman 16:39 17.05.2026

Azərbaycanda yeni stadion tikilir - Bu ay təməlqoyma mərasimi olacaq

Bu ay Azərbaycanda yeni stadionun tikintisinə başlanılacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt ətrafında "Sea Breeze Arena" inşa ediləcək. 

Stadionun təməlqoyma mərasimi mayın 20-də olacaq. Mərasimə futbol ictimaiyyətinin əksər nümayəndələrini dəvət edilib. Hələlik stadionun azarkeş tutumu və digər detallarla bağlı məlumatlar dəqiqləşdirilməsə də, idman qurğusunun Avropa standartlarına tam şəkildə cavab verəcəyi bəllidir.

Xatırladaq ki, "Sea Breeze" iş adamı Emin Ağalarova məxsusdur.
--> -->