Xəbər lenti

İdman 16:57 06.04.2025

"Sabah"ın futbolçusu bir ay oynamayacaq

"Sabah"ın zədəli futbolçusu Coy-Lens Mikels 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.

Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O, hücumçunun MRT müayinəsinin cavabının bəlli olduğunu söyləyib:

"Futbolçuya topuq bağlarının hissəvi yırtığı diaqnozu qoyulub ki, bu da onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı deməkdir. Mikelsin məşqlərə tam olaraq nə vaxt başlaması müalicə və bərpa prosesinin gedişindən asılı olacaq".

Qeyd edək ki, Coy-Lens Mikels Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı ilk oyununda ayağından zədə alıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->