Məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan və ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.
Qaynarinfo xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrafillinin sözlərinə görə, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib.
"Tərəflər verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər", - o qeyd edib.
Şərhlər