Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson safari parkına səfəri zamanı dəvəquşunun hücumuna məruz qalıb.
Qaynarinfo xəbər verir ki, hadisə barədə görüntüləri siyasətçinin həyat yoldaşı Kerri Conson "Instagram" sosial şəbəkəsində paylaşıb.
Kadrlarda Consonun oğlu Uilfred atasının yanında, açıq pəncərə yaxınlığında oturarkən görünür. Hadisəni isə arxa oturacaqdan Kerri Conson çəkib.
Rəsmi təsdiqlənməyən məlumatlara görə, sabiq baş nazir pəncərəni açaraq dəvəquşunu yemləmək istəyib. Gözlənilmədən quş avtomobilin pəncərəsinə yaxınlaşaraq onu dişləyib. Bu zaman Boris Conson geri çəkilərək yüksək səslə qışqırıb və dərhal qaz pedalını basıb.
Aydın
Şərhlər