Xəbər lenti

Karyerasına müdir kimi başladı, sonra imtina etdi və... Seymur İlyasovdan karyera dərsi - VİDEO MÜSAHİBƏ
Video 15:47 07.04.2025

Karyerasına müdir kimi başladı, sonra imtina etdi və... Seymur İlyasovdan karyera dərsi - VİDEO MÜSAHİBƏ

İş üçün getdiyi zavoddan müdir olmaq təklifi alır. Razılaşır və 2 il o vəzifədə çalışır. Sonra qərar verir ki, o vəzifə üçün hələ hazır deyil və həmin zavodda xeyli aşağı vəzifədən davam edir. Qısa müddətdə zavodda planlama üzrə direktor təyin olunur. Zamanla da daha yüksək vəzifələrdə təmsil olunur. Söhbət idarəetmə və planlama üzrə konsultant Seymur İlyasovdan gedir.

S.İlyasov deyir ki, həmin şirkətdə aşağı pillədən yenidən başlamaq qərarı onun həyatını dəyişib və karyerasını daha uğurlu yönləndirib.

Qeyd edək ki, S.İlyasov 2015-ci ildə aihitdata.com saytının təqdim etdiyi məlumatda dünyada fəaliyyət göstərən 188 konsultantdan biri olaraq göstərilib. Həmin ildə "American Academy of Project Management" tərəfindən Certified Planning Engineer dərəcəsinə layiq görülərək, akkreditasiya edilən 13 mühəndisdən biri olaraq bildirilib.

Ətraflı videomüsahibədə:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->