Xəbər lenti

Premyer Liqada XXIX tura start verilir
İdman 09:30 05.04.2025

Premyer Liqada XXIX tura start verilir

Misli Premyer Liqasında bu gün XXIX tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Turan Tovuz” "ASCO Arena”da "Səbail”in qonağı olacaq. Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 17:00-da başlayacaq.

"Turan Tovuz” hazırda turnir cədvəlində 43 xalla dördüncü pillədə qərarlaşıb. Sonuncu - 10-cu yerdə olan "Səbail”in isə 19 xalı var.

Misli Premyer Liqası
IV dövrə, XXIX tur
5 aprel

17:00. "Səbail” – "Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev
"ASCO Arena”

Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->