Qurban Qurbanov üçün yeni planşeti kimlər alıb? (VİDEO)
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova yeni planşet hədiyyə edilib.
QOL.az xəbər verir ki, "Araz-Naxçıvan"la Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında keçirilən matçda "iPad"ını qıran təcrübəli mütəxəssisə futbolçuları tərəfindən yenisi verilib.
Qeyd edək ki, "Qarabağ" həmin görüşdə Naxçıvan təmsilçisinə 0:1 hesabı ilə məğlub olub. Hakimin verdiyi penalti qərarına əsəbiləşən Q. Qurbanov planşeti qırıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər