Xəbər lenti

İdman 21:41 06.04.2025

"Qarabağ" "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" "Zirə"ni məğlub edib.

Qaynarinfo xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda ev sahibləri 1:0 hesablı qələbəyə sevinib.

Yeganə qolu 15-ci dəqiqədə Kadi Korqes vurub.

"Qartallar"ın heyətində 90+9-cu dəqiqədə Qismət Alıyev penalti zərbəsindən yararlana bilməyib.

Ağdam təmsilçisi 70 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik "Zirə" ikincidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb. "Kəpəz" səfərdə "Sabah"a (1:0) qalib gəlib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->