Xəbər lenti

İdman 21:51 12.07.2022

"Qarabağ"dan möhtəşəm qələbə

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” mövsümdə ikinci matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Polşa çempionu "Lex”i qəbul edib. Ötən həftə Poznanda rəqibinə 0:1 hesabı ilə məğlub olan ağdamlılar Tofiq Bəhramov adına Respublika Stadionunda bunun revanşını artıqlaması ilə çıxıb.

Düzdür, görüşə qonaqlar qolla başlayıb. Buna baxmayaraq, erkən toparlanan "Qarabağ” birinci hissədə ümumi hesabı bərabərləşdirib, fasilədən sonra isə daha 3 dəfə fərqlənərək, böyükhesablı qələbə qazanıb. Bununla Azərbaycan çempionu darmadağınla növbəti mərhələyə adlayıb.

Ağdam klubu II təsnifat mərhələsində İsveçrə klubu "Sürix”lə qarşılaşacaq. "Lex” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

12 iyul
Qarabağ - Lex (Polşa) 5:1
Qol: Kadi Borges, 14; 74. Filip Ozobiç, 42. Kevin Medina, 57. Abbas Hüseynov, 78 - Kristoffer Velde, 1.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Lex: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka.
Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh.
Baş məşqçi: Con van den Brom.
Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə)
İlk oyun - 0:1

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Uduzan komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->