"Qalatasaray" 14 ildir komandada çıxış edən və mövsümün sonunda ayrılması gözlənilən Fernando Musleranın yerini doldurmaq üçün transfer çalışmalarına başlayıb. Sarı-qırmızılılar uzun illər komandanın qapısını etibarlı şəkildə qoruyacaq qapıçı axtarışında ilk hədəf kimi "Real Madrid"in qapıçısı Andrey Lunini müəyyən edib.
Çempionlar Liqasında uğur qazanacaq səviyyədə bir heyət qurmağı hədəfləyən "Qalatasaray qapıçı mövqeyi üçün geniş namizədlər siyahısı hazırlayıb və danışıqlara başlayıb.
Birinci hədəf: Andrey Lunin
Qaynarinfo xəbər verir ki, "Fanatik" qəzetinin xəbərinə görə, "Qalatasaray"ın radarına düşən son ad "Real Madrid"in ikinci qapıçısı Andrey Lunin olub.
2018-ci ildən İspaniya nəhənginin heyətində yer alan ukraynalı qapıçı əsas qapıçı Tibo Kurtuanın zədələndiyi müddətdə göstərdiyi performansla yadda qalmışdı. 26 yaşlı qapıçı bu dövrdə parlaq çıxışı ilə Avropanın bir çox klubunun diqqətini çəkib.
Ukrayna millisinin də əsas qapıçısı olan Lunin Belçikaya qarşı 3:1 hesabı ilə qazandıqları qələbədə əsas rol oynayıb və Tibo Kurtuaya qalib gəlib.
"Qalatasaray"ın işi asan olmayacaq
1,91 metr boyunda olan Andrey Luninin bazar dəyəri təxminən 20 milyon avrodur və "Real Madrid" ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Lakin Kurtuanın kölgəsində daha çox qalmaq istəməyən qolkiper yeni bir meydan oxumağa hazırdır.
"Qalatasaray" Çempionlar Liqası amilindən istifadə edərək Lunini transfer etməyə çalışır və böyük bir büdcəni bu keçid üçün ayırmağı planlaşdırır. Bununla belə, "Mançester Yunayted", PSJ və "Bavariya"nın də ukraynalı qapıçı ilə maraqlandığı bildirilir.
Alternativ: Taffareldən Lukas Perri tövsiyəsi
"Qalatasaray"ın qapıçı siyahısında ikinci sırada "Lion"un qapıçısı Lucas Perri yer alır. Komandanın keçmiş əfsanəvi qapıçısı və hazırkı məşqçisi Klaudio Taffarel tərəfindən tövsiyə edilən Perri "Lion"la 2028-ci ilə qədər müqaviləyə malikdir.
27 yaşında və 1,97 metr boya sahib olan braziliyalı qapıçı eyni zamanda Qabriel Sara ilə Braziliyada komanda yoldaşı olub. "Qalatasaray" Lunin transferində uğur qazana bilməsə, Perri üçün "Lion"la danışıqlara başlayacaq. Perri özü isə "Qalatasaray"ın marağına müsbət yanaşır.
Yerlı qapıçı seçimləri: Uğurcan Çakır və Berke Özer
"Qalatasaray"ın gündəmində təkcə xarici qapıçılar deyil, yerli alternativlər də var. "Sarı-qırmızılılar" "Trabzonspor"un qapıçısı Uğurcan Çakırı əsas namizədlərdən biri kimi görür. Lakin milli qapıçını "Trabzonspor"dan transfer etmək çətin görünür.
Buna görə "Qalatasaray" alternativ olaraq "Eyüpspor"un uğurlu qapıçısı Berke Özer ilə də təmaslarını davam etdirir. Klub rəhbərliyinin Berke ilə qış transfer dönəmində görüşdüyü və mövsüm sonu üçün razılıq əldə etdiyi iddia edilir.
Son qərar yaxın zamanda veriləcək
"Qalatasaray" Musleranın ayrılmasının ardından uzunmüddətli həll tapmaq istəyir və bu məqsədlə Lunin, Perri, Uğurcan və Berke kimi fərqli profillərdə qapıçılarla maraqlanır. Klub rəhbərliyi transfer strategiyasını müəyyən edərək qısa zamanda qərar verməyi planlaşdırır.
Aydın
Şərhlər