Xəbər lenti

Ali Koç
İdman 22:14 11.05.2026

Ali Koç "Fənərbağça" ilə bağlı qərar verdi: Namizəd olacaq?

"Fənərbağça”da çempionluq ümidlərinin başa çatması və ikinci yerin rəsmiləşməsindən sonra diqqətlər tamamilə seçkilərə yönəlib. Keçmiş prezident Ali Koçun isə son qərarını verdiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, son seçkilərdə Sadəttin Sarana qarşı 12 min 68 səs alan Ali Koçun yaxın ətrafına namizəd olmayacağını və heç bir namizədi dəstəkləməyəcəyini qəti şəkildə bildirdiyi qeyd olunub.

Ali Koçun yaxınları ilə keçirdiyi görüşlərdə aşağıdakı fikirləri səsləndirdiyi öyrənilib: "Namizəd olmayacağam. Həmçinin heç kimi dəstəkləmirəm. "Fənərbağça"nın gələcəyi üçün kimi uyğun hesab edirsinizsə, ona səs verin. Mənim xüsusi seçimim yoxdur. Yeganə düşüncəm "Fənərbağça"nın daha yaxşı günlər yaşamasıdır. Buna görə də heç bir namizədi dəstəkləməyəcəyəm. Hamı kimi seçki günü gedib səsimi verəcəyəm".

Bu qərarın xüsusilə Aziz Yıldırım və Hakan Safi baxımından mühüm olduğu bildirilir. Hər iki namizədin seçki kampaniyasını daha da sürətləndirəcəyi, klub üzvləri ilə fərdi görüşlər keçirərək layihələrini təqdim edəcəyi vurğulanır.

Ali Koçun hər hansı namizədin lehinə fəaliyyət göstərməməsi və hamıya eyni məsafədə dayanması "Fənərbağça” camiəsində geniş rezonans doğurub.

Prezidentliyə namizədlərdən olan Hakan Safi daha əvvəl Ali Koçun idarə heyəti siyahısında yer almışdı.

Aydın

--> -->