Azərbaycanlı həkim hantavirusun simptomları açıqladı: Nələrə diqqət edək?
Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan 8 nəfəri karantinə salıb. Onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri isə kruiz gəmisindən enən sərnişinlə əlaqədə olublar. Üç nəfərin virusdan həyatını itirdiyi bildirilir.
Ardınca Polşa da bir nəfəri hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alıb. Mütəxəssislər virusun təhlükəli olduğunu desələr də, Ümumdünya Səhiyyə Təşkilatı yeni pandemiya riskinin olmadığını açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, infeksionist Vasif Əliyev Baku TV-yə açıqlamasında bildirib ki, hantavirus insanlara əsasən gəmiricilər vasitəsilə keçir: Pepperoni pizza
"Xəstəliyin əsas əlamətləri qızdırma, baş ağrısı, baş gicələnməsi, əzələ ağrıları, eyni zamanda tənəffüs çatışmazlığıdır. Amerika qitəsində müşahidə olunan hantavirus növləri ən təhlükəliləridir və ölüm riski daha yüksək hesab edilir. Təəssüf ki, hazırda bu virusa qarşı hər hansı peyvənd və ya xüsusi antiviral dərman mövcud deyil".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər