Xəbər lenti

İdman 19:11 11.05.2026

"Qalatasaray" prezidentindən İkardi açıqlaması: Qalır, yoxsa gedir?

"Qalatasaray" klubunun prezidenti Dursun Özbek müqaviləsi mövsümün sonunda başa çatacaq Mauro İkardi ilə bağlı açıqlama verib.

Qaynarinfo-nun məlumatına görə, o, jurnalistlərə verdiyi açıqlamada İkardinin klub üçün əhəmiyyətini vurğulayıb və onunla danışıqların aparılacağını bildirib.

"Mövsümün sonudur. İkardinin "Qalatasaray"a töhfəsi çox böyükdür, bir nəsli "Qalatasaray"lı etdi. Ona təşəkkür edirəm. Onunla görüşəcəyəm. Şərtlər nədir, qarşılıqlı oturub danışacağıq. İkardi bizim dəyərimizdir və bu danışıqların müsbət nəticələnməsini istəyirik", deyə Dursun Özbek bildirib.

Baş məşqçi Okan Buruk barədə də danışan prezident onun fəaliyyətini yüksək qiymətləndirib: "4 il ardıcıl çempion olub. "Qalatasaray"ın yetirməsidir. İnşallah klubumuza xidmət etməyə davam edəcək".

Dursun Özbek ardıcıl 4-cü çempionluq barədə də danışıb: "Son dərəcə xoşbəxtəm. Çətin, amma uğurlu bir mövsüm keçirdik. Azarkeşlərimizi və bütün camianı sevindirdik. Futbolçular, məşqçilər heyəti və idarəetmə ilə birlikdə "Qalatasaray"a yaxşı xidmət etdiyimizi düşünürəm. Hamını təbrik edirəm".

Klup prezidenti qeyd edib ki, çempionluq bayramı stadionda təşkil olunacaq: "Çərşənbə və ya cümə axşamı stadionda azarkeşlərimizlə birlikdə gözəl bir bayram edəcəyik".

O, həmçinin yeni mövsüm planlarına da toxunub: "Bu gündən etibarən yeni mövsümün hazırlıqlarına başlamışıq. Çempionlar Liqasına liqa mərhələsindən başlayacağıq. Boşluqlarımızı doldurmaq üçün işə başlamışıq".

"Qalatasaray" ilklərin və rekordların klubudur. 27-ci çempionluğumuza hazırlaşırıq. Hədəfimiz 5-ci ardıcıl çempionluqdur", deyə Dursun Özbek qeyd edib.

Aydın

--> -->