Xəbər lenti

Sağlam qocalma üçün 8 əsas faktor açıqlandı
Sağlamlıq 17:24 11.05.2026

Sağlam qocalma üçün 8 əsas faktor açıqlandı

Əsas sağlamlıq göstəricilərinin monitorinqi, kifayət qədər yuxu almaq, siqaretdən imtina etmək və bir sıra digər amillər aktiv uzunömürlülüyün əsasını təşkil edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Vyanadakı Ziqmund Freyd Universitetinin professoru Emiel Vouters bildirib.

Mütəxəssis bildirib ki, Amerika Ürək Assosiasiyası (AHA) sağlam qocalma üçün səkkiz əsas göstərici müəyyən edib.

Onlara aşağıdakılar daxildir: siqaretdən imtina, keyfiyyətli yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, həmçinin qan təzyiqi, lipid səviyyəsi, bədən çəkisi və qanda qlükoza göstəricilərinin nəzarətdə saxlanılması.

Vautersin sözlərinə görə, diabeti olan insanlar üçün qanda şəkərin normada saxlanılması xüsusilə vacibdir. O qeyd edib ki, ideal halda qlükoza səviyyəsi gün ərzində vaxtın 70–80 faizində normal intervalda olmalıdır.

Professor vurğulayıb ki, müasir tibb yalnız xəstəliklərin müalicəsinə deyil, insanların sağlam yaşadığı dövrün uzadılmasına yönəlməlidir. Onun fikrincə, ürək-damar sağlamlığına qayğı erkən yaşlardan, hətta hamiləlik dövründən başlayaraq həyat boyu davam etməlidir.

Aydın

--> -->