Xəbər lenti

U-15 Liqasında çempion mükafatlandırıldı (FOTO)
Foto 12:27 11.05.2026

U-15 Liqasında çempion mükafatlandırıldı (FOTO)

2025-2026-cı il mövsümü üçün U-15 komandaları arasında keçirilən çempionatın qalibi məlum olub. Sona 3 tur qalmış çempionluğu rəsmiləşdirən "Neftçi” PFK-nın U-15 komandası mükafatlandırılıb.
 
Baş məşqçi Eldəniz Məmmədovun yetirmələrinə "Ulduz”la son tur oyunundan (1:2) sonra kubok və qızıl medallar təqdim olunub. Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev, "Neftçi”nin və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov təqdim ediblər. 

2-ci yeri tutan "Sabah”a gümüş, 3-cü yerin sahibi "Ulduz”a isə bürünc medallar verilib. Bundan əlavə, Kənan Əzimov ("Neftçi”) mövsümün ən yaxşı futbolçusu, Ramil İsmayıllı ("Karvan-Yevlax”) isə ən yaxşı bombardiri kimi xüsusi mükafata layiq görülüb.
 
Tur boyunca və son oyunda inamlı müdafiəsi ilə diqqət çəkən Qərib Qürbətzadənin oyunu olub. Az qala müdafiədə keçilməz qalanı xatırladan Qəribin "Neftçi” PFK U-15 komandasının uğurunda danılmaz əməyi var. Bu mənada, baş məşqçi Eldəniz Məmmədov və köməkçi məşqçi Elnur İmamquliyevin Qürbətzadəyə güvənməsi əbəs deyilmiş. Çünki məşqçilər korpusunun düzgün qərarları və komandanın idarəçiliyi sayəsində "Neftçi” PFK U-15 kuboku başı üzərinə qaldıra bildi. Belə Azərbaycan gənclərinin sayəsində futbolumuz daha yaxşı yerlərə gələcəyinə inamımız sonsuzdu
 

--> -->