Avropada yaşayan insanlar bu gün ən çox narahatlıq və depressiv hallar, stress və emosional tükənmə ilə qarşılaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə Vyanada yerləşən Ziqmund Freyd Universitetindən bildirilib.
Universitetin məlumatına görə, müasir avropalılar Freydin yaşadığı dövrdən fərqli sosial və psixoloji çağırışlarla üzləşirlər. XIX əsrin sonu – XX əsrin əvvəllərində psixoanalitik daha çox sərt qaydalarla tənzimlənən cəmiyyətdə işləyirdisə, bu gün əsas yük həyat tempinin sürətlənməsi, qeyri-müəyyənlik, sosial təcrid, rəqəmsal informasiya yüklənməsi və gələcəklə bağlı narahatlıqlarla əlaqələndirilir.
Mütəxəssislər Avropa əhalisi arasında ən geniş yayılmış problemlər kimi narahatlıq, depressiya, stress, tənhalıq hissi, emosional tükənmə əlamətləri, həmçinin şəxsiyyət böhranı və ailədaxili çətinlikləri qeyd edirlər.
Aydın
Şərhlər