Xəbər lenti

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşdi
Ölkə 20:10 20.05.2025

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşdi

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu, 23 mayda keçiriləcək parlamentin iclasının gündəliyinə əlavə edilən "Dövlət Qulluğu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->