Xəbər lenti

İnanılmaz kəşf: Fırtına səsləri dünyanın digər ucundan eşidilir - Niyə əhəmiyyətlidir?
Dünya 22:40 20.05.2025

İnanılmaz kəşf: Fırtına səsləri dünyanın digər ucundan eşidilir - Niyə əhəmiyyətlidir?

Avstraliyalı tədqiqatçılar dünyanın əks tərəfindəki okean fırtınalarının Yer kürəsinin dərinliklərindən gələn əks-səda siqnallarını qeydə alıblar. 

Qaynarinfo xəbər verir ki, okean sularının yer qabığı ilə qarşılıqlı təsiri nəticəsində yaranan mikroseysmik dalğalar, alimlərə daha əvvəl araşdırılması çətin olan geoloji quruluşları öyrənmək üçün yeni imkanlar yaradır.

Avstraliya Milli Universitetindən seysmoloq Hrvoje Tkalçik deyib: "Araşdırmamız bu mikroseysmik dalğaları Avstraliya altındakı yer strukturlarını öyrənmək üçün alternativ məlumat mənbəyi kimi istifadə edir".

"Science Alert"in xəbərinə görə, qış aylarında Atlantik okeanında baş verən güclü fırtınalar zamanı yaranan nəhəng səs dalğaları Yer kürəsinin nüvəsindən keçərkən zəifləyir. Lakin Avstraliyanın səssiz və əhalisiz bölgələrində yerləşdirilən xüsusi sensor qurğuları sayəsində bu zəif titrəyişlər qeydə alınıb.

Tədqiqatın həmmüəllifi Abhay Pandey bu prosesi belə izah edir: "Bu siqnallar o qədər zəifdir ki, onları tək bir sensorla qeydə almaq mümkün deyil. Buna görə xüsusi olaraq hazırlanmış cihazlardan istifadə etməliyik"

Alimlər izlədikləri siqnalların Qrenlandiya və Nyufaundlend yaxınlığındakı okean sularında, xüsusilə də qış fırtınaları zamanı meydana gəldiyini müəyyən ediblər.

Pandey və Tkalçik hesab edirlər ki, bu yeni metod yalnız Yer kürəsinin daxili quruluşunun öyrənilməsinə deyil, gələcəkdə digər planetlərin daxili geoloji xüsusiyyətlərinin araşdırılmasına da tətbiq oluna bilər.

"Biz planetlərarası səyahətlərin başladığı bir dövrdə yaşayırıq. Ola bilər ki, yaxın gələcəkdə fırtınaların enerjisindən istifadə edərək digər planetlərin daxili quruluşlarını kəşf edə bilək", deyə alimlər qeyd ediblər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->