Xəbər lenti

“Azərsun Holdinq”in yeni rəhbəri o oldu
Ölkə 19:52 02.05.2025

“Azərsun Holdinq”in yeni rəhbəri o oldu

"Azərsun Holdinq”in Müşahidə Şurasının yeni sədri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal gətirilib.

Bu ilin yanvarında dünyasını dəyişən Abdolbari Gozalin oğlu olan Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub. 

Elə həmin ildən etibarən "Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib. 

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən "Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->