Xəbər lenti

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir? (VİDEO)
Video 23:00 20.05.2025

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir? (VİDEO)

Son dövrlərdə bir nəfərin orta maaşla işləməsi ailəni dolandırmaq üçün kifayət etmir.

Həm vətəndaşlar, həm də ekspertlər bildirirlər ki, son dövrlərdə xərclər xeyli artıb.

Əvvəllər bir nəfərin orta maaşla işləməsi ailəni dolandırmaq üçün kifayət edirdi. Son dövrlərdə isə xərclər artdığından bu mümkünsüz görünür.

Bəs bir ailənin orta aylıq xərci nə qədərdir?

İqtisadçı Xalid Kərimli isə bildirir ki, bu gün bir nəfər üçün orta aylıq xərc 460 manat təşkil edir.

Onun sözlərinə görə, bu rəqəmləri 4 nəfərlik ailə üçün hesablayanda görünür ki, bir ailənin ortalama xərci 1840 manatdan az olmamalıdır.

Ekspert deyir ki, 4 nəfərlik ailənin normal dolanışığı üçün ən azı 2 üzvü işləməlidir.

Xezerxeber.az-ın  mövzu ilə bağlı videomaterialı təqdim edirik. 
 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->