Birləşmiş Ştatlar Ruanda və Konqo Demokratik Respublikasında faydalı qazıntılara sərmayə qoymağı düşünür.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Jurnalistlər iddia edirlər ki, Vaşinqton Konqonun şərqində qalay, tantal və volfram hasil etməkdə maraqlıdır. Həmin faydalı qazıntılar daha sonra emal və xaricə satış üçün Ruandaya aparılacaq. Bunun dövlətlər arasında gərginliyi azaldacağı və onların gəlirlərini artıracağı gözlənilir.
Eyni zamanda, Konqo DR hökuməti qeyd edib ki, Ruanda əsgərləri və üsyançıları dövlətin ərazisindən çıxarılmadan ölkələr arasında əməkdaşlığa nail olmaq mümkün deyil.
Konqo Demokratik Respublikasında hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər bir neçə aydır ki, davam edir. Konqo hakimiyyəti qonşu Ruandanı üsyançıları dəstəkləməkdə günahlandırır və onu qoşunlarını DRC-dən çıxarmağa çağırır. Ruanda bütün ittihamları rədd edir.
Aydın
Şərhlər