Xəbər lenti

İlham Əliyevin Macarıstan səfərinin iqtisadi tərəfləri (ŞƏRH)
Ekonomiks 17:08 20.05.2025

İlham Əliyevin Macarıstan səfərinin iqtisadi tərəfləri (ŞƏRH)

"Azərbaycanla Macarıstan strateji münasibətlərə malik ölkələrdəndir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Macarıstan səfərinin iqtisadi tərəflərini şərh edərkən deyib. 

Deputat bildirib ki, Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir, eyni zamanda ölkələr fərqli platformalarda əməkdaşlıq nümayiş etdirir və qarşılıqlı dəstək həyata keçirir:
 


"Bu baxımdan ölkələr arasında bir tərədən strateji əməkdaşlıq var, enerji əməkdaşlığı inkişaf edib, digər tərəfdən iqtisadi əməkdaşlığın genişləndirilməsi kifayət qədər yüksəkdir. Çünki həm turizm, həm investisiyaların cəlbində ölkələrin əməkdaşlıq potensialı yüksək qiymətləndirilir”.

Deputat əlavə edib ki, həm mövcud platforma çərçivəsində əməkdaşlıq, həm Azərbaycan Prezidenti İlham Əliyevin səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verəcək:

"Bu baxında bu səfər Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin, bütövlükdə strateji münasibətlərin dərinləşməsi baxımından yeni bir mərhələ olacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gedib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->