Xəbər lenti

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə etdi
Ölkə 21:22 02.05.2025

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri və ictimai-siyasi dairələrin nümayəndələri ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) görüş keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə BMTM məlumat yayıb.
Qeyd olunub ki, görüşdə ölkənin xarici siyasət prioritetləri, regional və beynəlxalq təhlükəsizlik çağırışları, Ermənistanla aparılan normallaşma prosesi, Azərbaycanın beynəlxalq platformalarda mövqelərinin gücləndirilməsi istiqamətində atılan addımlar və qarşıda duran strateji hədəflər müzakirə olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->