Xəbər lenti

Onların təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi
Ölkə 11:33 14.04.2025

Onların təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliyi təsdiqləyib.

Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib.

Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->