Xəbər lenti

Foto 14:44 15.04.2025

"Sumqayıt" MTK ağacları kökündən çıxardı, nazirlik bərpa etdi (FOTO)

"Sumqayıt" Mənzil-Tikinti Kooperativi (MTK) 14-cü məhəllədə mərhum Heydər Əliyevin adına əkilən ağacların bəzilərini kəsib, bəzilərini isə kökündən çıxarıb. 

Bu barədə Qaynarinfo-ya məhəllənin sakinləri bildirib. Sakinlər əlavə edib ki, əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları gələrək yaşıllığın tamamilə məhv edilməsinin qarşısını alıb. 

Qaynarinfo məsələ ilə əlaqədar ETSN-lə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, baş verənlərlə bağlı araşdırma aparılır. 

Günün ikinci yarısında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov saytımıza bildirib ki, 4 aprel 2025-ci il tarixində aparılan araşdırma zamanı sözügedən ərazidə "Sumqayıt" MTK tərəfindən ərazi hasara alınarkən iki ağacın kəsildiyi və təbiətə 1080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. MTK-nın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

"Yenidən əraziyə keçirilən baxış zamanı xeyli sayda ağacın kökündən çıxarıldığı aşkar olunub. Araşdırma zamanı ağacların Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan MMC-nin əməkdaşları tərəfindən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Çıxarılan ağacların yerində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı və dəstəyi ilə yenidən ağaclar əkilib. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub ünvanlanıb", deyə Asif Məcidov bildirib.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->