İkinci qurp Qarabağ əlilinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Kərim adlı şəxs ikinci qrup Qarabağ əlili Tofiq Zülfüqarova ləğv olunmuş təqaüdünü bərpa edəcəyini bildirərərk ona 3250 manat ziyan vurub.
Kərim bununla kifayətlənməyib. Başqa bir əlilə də eyni vədi verərək ondan 3000 manat pul alıb.
O vədini yerinə yetirmədiyinə görə zərərçəkənlər hüquq-mühafizə orqanlarına mürzciət edib. Kərim saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan olunub. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbdiri seçilib.
İbtidai istintaq başa çatdıqdan sonra iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə Kərim verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məlum olub ki, o əvvəllər də ləğv olunmuş təqaüdləri bərpa etməklə məşğul olurmuş. Təqsirləndirilən şəxs bildirib ki, hazırda bu iş bir qədər çətinləşdiyinə görə Tofiq Zülfüqarovun və digər zərərçəkənin problemini həll edə bilməyib.
Məhkəmənin hökmü ilə Kərim 178.2.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Məlum olub ki, Kərim başqa bir cinayət əməlinə görə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu cəzalar qismən toplanmaqla ona qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Kərimin şübhəli şəxs qismində tutulduğu 2 gün müddət verilən cəzadan çıxıb və onun üzərində 3 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Bundan əvvəl də ləğv olunmuş təqaüdlərin bərpası ilə bağlı bir neçə dəfə dələduzluq cinayəti baş verib.
Seyid
Şərhlər