FIFA 2026-cı il dünya çempionatından əvvəl ofsayd qaydasının şərhinin dəyişdirilməsi imkanını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, u barədə "Cadena SER" məlumat yayıb.
Yeni ifadə, oyunçunun yalnız bütün bədəni topa və son müdafiə oyunçusuna nisbətən rəqibin qapısına daha yaxın olduğu halda ofsayd hesab ediləcəyini göstərir.
Təklif olunan düzəliş futbolçunun bədəninin ayrı-ayrı hissəsində ofsayd müəyyən edildiyi zaman mübahisəli vəziyyətləri aradan qaldırmaqla hakimliyi sadələşdirmək üçün nəzərdə tutulub. Qayda dəyişikliyi ilə bağlı yekun qərarın 2026-cı ilin martında FIFA Konqresində veriləcəyi gözlənilir.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Qrup mərhələsinin püşkatma mərasimi 2025-ci il dekabrın 5-nə təyin edilib, rəsmi açılışı Mexikoda, final oyunu isə Nyu Cersidəki MetLife Stadiumunda keçiriləcək.
Aydın
Şərhlər