Xəbər lenti

Dövlət hansı partiyaları maliyyələşdirməlidir? (ŞƏRH)
Siyasət 18:14 02.11.2023

Dövlət hansı partiyaları maliyyələşdirməlidir? (ŞƏRH)

"Dövlətdən partiyalara maliyyə ayrılması o zaman ədalətli və məntiqli olardı ki, proporsional seçki sistemi bərpa edilsin. Bunun məntiqi var".
 
Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının icra aparatının rəhbəri Natiq Cəfərli millət vəkili Tahir Kərimlinin siyasi partiyalara dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin artırılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. 

Nnatiq Cəfərlinin sözlərinə görə, proporsional seçki sistemində siyasi partiya ölkənin bütün ərazisindən səs yığır:

"İndiki sistemdə isə biz hər dairədən namizəd oluruq. Həmin dairədən seçicilərin səsini ya qazanırıq, ya da qazana bilmirik. Proporsinoal seçki olsaydı, bu zaman partiyalar ölkə üzrə səs toplayıb, parlamanetə düşəndə bütün ölkə ərazisindən toplanan vergilərdən də onlara da pay düşməli idi. Topladıqları səs faizinə uyğun olaraq büdcədən vəsait ala bilərlərdilər”. 



Natiq Cəfərli qeyd edib ki, uzun müddətdir Azərbaycanda ancaq parlamentdə təmsil olunan partiyalara pul ayrılır:

"Parlamentdə daha çox təmsilçisi olan partiya başqalarından çox vəsait alır. Ayrılan vəsaitin çoxu Yeni Azərbaycan Partiyasının payına düşür. Çünki parlamentdə ən çox deputat yeri Yeni Azərbaycan Partiyasındandır. Yəni, maliyyə ayrılarkən deputat sayı nəzərə alınırsa, onun çoxu hakim partiyaya düşəcək. Bunu nəzərə alın və maliyyəni elə artırın ki, ondan başqa partiyalar da faydalana bilsinlər. Tahir müəllimin dediyi ondan ibarətdir ki, partiyaların maddi bazası zəifdir. Dövlət büdcəsindən ayrılan vəsaitin miqdarı artsa, regionlarda siyasi fəaliyyətlə məşğul olmaq üçün imkanlar da genişlənər”. 

Qeyd edək ki, deputat Tahir Kərimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı bildirib ki, 3-cü ildir ki, siyasi partiyalara ayrılan vəsait artırılmır:

”Biz  də istəyirik ki, regionlarda təşkilatlarımızı  möhkəmləndirək. Maliyyə nazirindən xahiş edirəm ki, paytiyalara vəsait artırılsın”, -deyə deputat vurğulayıb. 
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->