Xəbər lenti

Deputatın partiyası
Siyasət 11:54 05.08.2023

Deputatın partiyası "yox" cavabı aldı: 11 nəfər 18 yaşına çatmayıb, 151 nəfər ölüb...

"Ədliyyə Nazirliyinə təqdim olunan siyahıda 11 nəfər 18 yaşına çatmayan üzvümüz olduğu aşkarlanıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Vəhdət Partiyasının Baş Məclisinin sədri Fəxrəddin Ağazadə deyib. 

Onun sözlərinə görə, 18 yaşa çatmayan üzvlərin problemi ay və gün fərqi ilə əlaqədardır: 

"Biz nazirliyin bu iradını qəbul edirik. Bundan əlavə də nazirliyə təqdim etdiyimiz 11788 nəfərlik üzv siyahısından 151 nəfərin vəfat etdiyi bəlli olub. Sənədlərin üzərində işləyib, təkrar nazirliyə tqədim edəcəyik”.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli Ədliyyə Nazirliyinin qeydiyyatla bağlı partiyaya ünvanladığı məktubda yer alan nöqsanları qəbul etdiyini bildirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->