Deputat Tahir Kərimlinin Milli Məclisin plenar iclasında çıxışı siyasi arenada müzakirəyə səbəb olub. Deputat bildirib ki, ölkənin bir nömrəli vəzifəsi olan Qarabağ məsələsinin həllindən sonra müxalifətçiliyə əsas qalmır:
"Son dövrlər məni bir şey çox düşündürür. Qarabağda böyük qələbə qazandıq. Odur ki, mənim partiyamın və özümün müxalifətliyimə nə ehtiyac var?”
Onun bu çıxışından sonra Vəhdət Partiyasını Yeni Azərbaycan Partiyasına birləşəcəyi iddia olunur. Bəs, partiya YAP-a birləşəcəkmi?
Partiyanın Baş Məclisinin sədri Fəxrəddin Ağazadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, partiya yaxın günlərdə qurultay keçirəcək:
"Qarabağı aldıq. Bundan sonra müxalifətdə olmaq yox, dövlətçiliyi müfadiə etmək lazımdır. Partiya hazırda qurultaya hazırlaşır. Qurultayda nizamnaməyə dəyişkilik edəcəyik, fəaliyyətimizi mərkəzçi partiya kimi davam etdirəcəyik”.
Onun sözlərinə görə, təşkilatları heç bir partiyaya birləşmək fikiri yoxdur:
"Öz yolumuz olacaq, düzə-düz, əyriyə-əyri deyəcəyik. Bizə qeydiyyada alınmazdan öncə bir neçə yerdən təklif gəldi. Dedilər birləşək, vahid qüvvə kimi fəaliyyət göstərək, heç birini qəbul etmədik. Əslində partiya 2006-cı ildə belə bir qərar verib. İndi də həmin qərar nizamnaməyə əlavə ediləcək. Məqsədimiz mərkəzçi olaraq dövlətçiliyi müdafiə etməkdir. Qarabağ məsələsi bitib, qalıb sosial problemlər, çatışmazlıqlar və s. Bu istiqamətdə fəaliyyətimiz davam edəcək”.
Bahar Rüstəmli
Şərhlər