Xəbər lenti

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var
Ölkə 23:42 16.05.2025

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

"Gədəbəy rayonunda da yeni avadanlıqlarla təchiz edilmiş Mərkəzi xəstəxana, kəndlərdə tibb məntəqələri istifadəyə verilib. Lakin rayonun səhiyyə sistemində mövcüd olan kadr çatışmazlığı əhaliyə tam şəkildə tibbi xidmətdən istifadə etməyə imkan vermir və insanların haqlı nərazılıgına səbəb olur".

Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, rayonun tibb müəssisələrində 50  həkim və 30 tibb işçisinə zəruri ehtiyac var:

"Bir sıra həkim və tibb məntəqələrində həkim yoxdur, səhər poliklinikasında travmatoloq, onkoloq, uroloq, ultrasəs, psixiatr və s. yerləri boşdur. Sualım səhiyyə sistemindən olan qonaqlaradır. Bu sahədə kadr çatişmazlığının həlli məqsədilə hər hansı bir layihə üzərində iş aparılırmı?

Düşünürəm ki, təqaüd yaşına çatan və praktiki tibb fəalliyətini davam etmək istəyən həkimlərə sertifikasiyadan keçərək mövcüd vakansiyalara yönəldilməsi bu məsələnin müsbət həllinə qismən də olsa xidmət edərdi", deyə deputat vurğulayıb 
 
Qafqaz Rafiqoğlu 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->