Xəbər lenti

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırdı (FOTO/YENİLƏNİB)
Ölkə 15:27 09.07.2024

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırdı (FOTO/YENİLƏNİB)

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.
 
15:04

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

Qaynarinfo APA-ya istinadla xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->