Xəbər lenti

Qubada torpaq sürüşməsi: Kəndin əsas yolu bağlandı (FOTO)
Foto 11:46 12.04.2025

Qubada torpaq sürüşməsi: Kəndin əsas yolu bağlandı (FOTO)

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub.

Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır.

Qeyd edək ki, uzun illərdir, Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüsməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->