Xəbər lenti

Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək körpüdən görüntülər (VİDEO)
Video 10:34 12.04.2025

Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək körpüdən görüntülər (VİDEO)

Azərbaycan Şərqlə Qərbi birləşdirən ən qısa yol üzərində yerləşir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması ilə tranzit imkanları bir qədər də artıb.

Qaynarinfo AzTV-yə istinadla xəbər verir ki, hazırda Araz çayı üzərindəki Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsündə, qarşı tərəf olan İran ərazisində işlər davam edir. Azərbaycan tərəfi layihə üzrə işləri demək olar ki, tamamlayıb, İran tərəfində isə tikinti işləri hələ davam edir.

Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətləri Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baxış keçiriblər.

Məlumat verilib ki, İran bu körpü vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək. Körpünün tikintisinin bu ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Strateji layihə bir neçə əhəmiyyətli funksiyanı yerinə yetirəcək. İlk növbədə, bu körpü vasitəsilə Azərbaycanın əsas ərazisi ilə Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək ən qısa yol yaradılacaq. Eyni zamanda, bu körpü Şərq-Qərb nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olacaq. Həmçinin bu körpünü şimal-cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi kimi də qiymətləndirmək olar.

Bu körpü vasitəsilə Fars körfəzini Qara dənizlə birləşdirən ən əlverişli marşrutun yaranması gözlənilir.

Ətraflı süjetdə:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->