Bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, metronun "Koroğlu” stansiyasının yaxınlığında "Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə "Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil aşıb.
Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Görüntüləri təqdim edirik:
Şərhlər