Xəbər lenti

Asim Mollazadə seçiciləri ilə növbəti görüşünü keçirdi (FOTO)
Foto 18:16 15.08.2024

Asim Mollazadə seçiciləri ilə növbəti görüşünü keçirdi (FOTO)

Demokratik İslahatlar Partiyasının sədri, 1 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti kütləvi görüş keçirib. 

Millət vəkili seçicilərinə ötən dövr ərzində parlament fəaliyyəti barədə hesabat verib. Eyni zamanda seçki platformasında prioritet olan məsələlərə toxunub, seçiciləri maraqlandıran suallara cavab verib.  

Seçicilər də öz növbələrində Asim Mollazadəyə onların problemlərinə hər zaman diqqət göstərdiyinə və ölkə üçün həyati vacib məsələləri parlamentin gündəminə gətirdiyinə görə təşəkkür ediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->