Xəbər lenti

Asim Mollazadə seçiciləri ilə görüşdü (FOTO)
Foto 20:00 13.08.2024

Asim Mollazadə seçiciləri ilə görüşdü (FOTO)

Demokratik İslahatlar Partiyasının sədri, 1 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində seçicilərlə görüşüb.
 
Millət vəkili seçicilərinə parlament fəaliyyəti barədə hesabat verib. Seçki platformasında prioritet təşkil edən məsələlərə toxunub.
 
Seçicilər də öz növbələrində Asim Mollazadəyə onların problemlərinə hər zaman diqqət göstərdiyinə və ölkə üçün həyati vacib məsələləri parlamentin gündəminə gətirdiyinə görə təşəkkür ediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->