Xəbər lenti

Xırdalanda ağacları kim və niyə kəsir? (VİDEO)
Video 21:32 09.05.2026

Xırdalanda ağacları kim və niyə kəsir? (VİDEO)

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində - Ceyranbatan gölünün yaxınlığında ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Baku TV məsələni araşdırmaq üçün sözügedən ərazidə olub. Yerli sakinlərdən biri ərazidə əvvəl çoxlu ağacların olduğunu, hazırda isə 200-250 ağacın kəsildiyini bildirib.

Digər sakin isə ağacların kəsilmədiyini, onların başqa əraziyə köçürüləcəyini ehtimal etdiyini bildirib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Abşeron yarımadasının nəqliyyat xəritəsini dəyişəcək mühüm yol layihəsinin icrası davam edir.

Qurumun açıqlamasında qeyd edilib ki, yeni yolun inşası "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsinə uyğun olaraq aparılır.

Vurğulanıb ki, yol infrastrukturunun tikintisi zamanı ağacların kəsilməsi və ya köçürülməsi yalnız zəruri hallarda, ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Layihə çərçivəsində mümkün qədər ağacların qorunmasına üstünlük verilir, köçürülməsi mümkün olan ağaclar yeni ərazilərə transplantasiya edilir.
 
--> -->