Xəbər lenti

İki sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal:
Video 12:40 09.05.2026

İki sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal: "Söyüş kimi cavab verdilər" (VİDEO)

2012-ci ildə Səbail rayonu, Salyan yolu, 32 ünvanındakı ərazidən 6 sot torpaq sahəsi alan Həmidə Əliyeva 10 il sonra çıxarış almaq istəyərkən gözlənilməz problemlə üzləşib. Məlum olub ki, həmin torpaq sahəsinin başqa sahibi də var.

Baku TV xəbər verir ki, şikayətçinin sözlərinə görə, torpaq sahəsinin başqa şəxsə satılması barədə onun heç bir məlumatı olmayıb.

"Torpağı alan kimi, ərazinin ətrafını hasarlatdırdım. Bu illər ərzində məndən başqa oraya gələn olmayıb. Qonşular da həmin torpağın mənə məxsus olduğunu bilirlər. 2022-ci ildə çıxarış almaq üçün müraciət edəndə məlum oldu ki, torpaq başqa şəxsə də satılıbmış. Dəfələrlə bildirdim ki, ərazini etibarnamə əsasında almışam. Mənə - "biz torpağı çıxarışla almışıq, vecimizə deyil", - dedilər. Hətta kobud şəkildə - "daşlarını yığ apar", - cavabını verdilər", - deyə Həmidə Əliyeva bildirib.


--> -->