Xəbər lenti

İdman 19:00 09.05.2026

"Qarabağ" "Qəbələ"yə qalib gələ bilmədi

Misli Premyer Liqasının XXXI turunda daha bir matç keçirilib.

Qaynarinfo-nun məlumatına görə, "Qarabağ" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

"Qarabağ"ın heyətində 29-cu dəqiqədə Kadi Borges fərqlənib. "Qəbələ"dən İsmael Akinade 57-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Qarabağ" 63 xalla 2-ci pillədə qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-ci yerdədir.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində "Kəpəz" son Azərbaycan çempionu "Sabah"ı (1:0) məğlub edib. "İmişli" - "Zirə" matçı isə qolsuz bərabərliklə başa çatıb.

Premyer Liqada XXXI tura mayın 10-da yekun vurulacaq.
--> -->