Dünyanın aparıcı iqlim mərkəzləri Sakit okeanda son 150 ilin ən güclü El-Nino hadisəsinin formalaşdığını açıqlayıb. Mütəxəssislərin proqnozlarına görə, bu proses 2026–2027-ci illərdə qlobal hava şəraitinə ciddi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Severe Weather” nəşri Avropanın "ECMWF”, ABŞ-ın NOAA agentliyi və Avstraliyanın Meteorologiya Bürosunun (BOM) məlumatlarına istinadən xəbər yayıb.
Mütəxəssislərin sözlərinə görə, yeni El-Ninonun əsas səbəbi Sakit okeanın qərb hissəsindən şərqə doğru hərəkət edən güclü Kelvin dalğasıdır. Bu proses isti su kütlələrinin geniş miqyasda okeanın şərq hissəsinə daşınmasına səbəb olur.
May ayının əvvəlində aparılan ölçmələr göstərib ki, temperatur anomaliyası artıq 1997 və 2015-ci illərdə qeydə alınan "super El-Ninyo” səviyyələrinə yaxınlaşıb.
Bundan əlavə, tropik Sakit okeanın qərb hissəsində suyun temperaturu əvvəlki rekord hadisələrdən daha yüksəkdir. Bu isə prosesin daha da güclənə biləcəyinə işarə edir.
Sakit okeanın mərkəzi və şərq ekvatorial hissələrində suyun səth temperaturu yanvar ayından etibarən sürətlə artır.
ECMWF-in uzunmüddətli proqnozlarına əsasən, temperatur anomaliyası +2 dərəcə həddini keçə bilər. Bu göstərici "super El-Nino” üçün əsas kriteriya hesab olunur. Bəzi ssenarilərdə isə anomaliyanın +3 dərəcəni aşacağı ehtimal edilir ki, bu da artıq ekstremal hadisə sayılır.
ABŞ-nin NOAA agentliyi də olduqca güclü El-Nino ehtimalını yüksək qiymətləndirir. Proqnozlara görə, 2026-cı ilin payızında Sakit okeanın şərq hissəsində temperatur normadan +4,5 dərəcə yüksək ola bilər. Bu ssenari reallaşarsa, hadisə 1877–1878-ci illərdən bəri ən güclü El-Nino kimi tarixə düşə bilər.
İqlim modelləri artıq El-Ninoya xas hava dəyişikliklərini göstərməyə başlayıb. Şimali Amerikada ABŞ və Kanadanın şərq hissəsində aşağı təzyiq zonasının formalaşacağı proqnozlaşdırılır. Bu isə həmin bölgələrdə daha sərin yay havasına səbəb ola bilər. Eyni zamanda ABŞ-ın mərkəzi və qərb ştatlarında anomal istilər, cənub bölgələrində isə yağıntıların artması gözlənilir.
Avropa üçün proqnozlar daha narahatedicidir. Modellər qitənin mərkəzi və qərb hissəsində güclü yüksək təzyiq sahəsinin yaranacağını göstərir. Sinoptiklərin fikrincə, bu vəziyyət 2026-cı ilin yayında Avropanın bir çox ölkəsində uzunmüddətli isti hava dalğaları və quraqlıq riskini artıracaq. Yüksək təzyiq zonasının Mərkəzi Avropa və Britaniya adalarını da əhatə edəcəyi bildirilir. Pik mərhələ 2026–2027-ci ilin qışında gözlənilir
Meteoroloqlar hesab edirlər ki, El-Ninonun ən güclü mərhələsi 2026-cı ilin payızı və 2027-ci ilin qış aylarına təsadüf edəcək. İqlim modellərində artıq klassik güclü El-Nino mənzərəsi müşahidə olunur: Sakit okeanın şimalında dərin siklon, Kanadanın qərbində sabit antisiklon və ABŞ-nin cənubunda subtropik yüksək təzyiq sahəsinin güclənməsi. Avropada isə bu proses qərb, şimal-qərb və cənub bölgələrində yağıntıların artmasına səbəb ola bilər.
Aydın
Şərhlər