Temperaturun kəskin dəyişməsi və isti hava üç əsas insan qrupuna daha güclü təsir göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kiyev 24” efirində Ürək-Damar Xəstəlikləri Mərkəzinin kardioloqu Aleksandra Telequzova bildirib.
Onun sözlərinə görə, hava dəyişikliklərinə ən həssas qruplar ürək-damar xəstəlikləri olan insanlar, yaşlılar və uşaqlardır:
"Həmçinin ürək, oynaq xəstəlikləri, allergiya və xroniki yorğunluğu olan insanlar hava dəyişikliklərini daha kəskin hiss edirlər".
Telequzova qeyd edib ki, elmi araşdırmalara əsasən insan orqanizmi üçün ən rahat temperatur +20 ilə +25 dərəcə arasındadır:
"+25 dərəcədən yuxarı temperatur artıq orqanizm üçün qeyri-komfort və anormal sayılır. Bu artıq isti hava hesab olunur”.
Belə şəraitdə insanlar zəiflik, halsızlıq, apatiya və baş ağrısı hiss edə bilirlər. Bundan əlavə, təzyiq dəyişiklikləri, susuzlaşma və xroniki stress də vəziyyəti ağırlaşdıra bilər. Miqrenə meyilli insanlarda isə simptomlar daha da güclənə bilər.
Həkim artıq indidən daha çox su içməyi, təzyiq və nəbzi nəzarətdə saxlamağı, isti havada fiziki yüklənmədən uzaq durmağı və günəşdən qoruyucu krem (SPF) istifadə etməyi tövsiyə edir.
Aydın
Şərhlər