Xəbər lenti

XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat
Siyasət 09:36 31.03.2025

XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat

Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 31 mart- Azərbaycanlıların soyqırımı günü ilə bağlı yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanlar mövcuddur:

"Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->