Xəbər lenti

“Forbes” ən varlı məşhurların adını açıqladı
Ölkə 20:10 01.04.2025

“Forbes” ən varlı məşhurların adını açıqladı

"Forbes” jurnalı "dollar milyarderləri”nin 39-cu illik reytinqini açıqlayıb.

"Qafqazinfo” xəbər verir ki, dünyanın ən varlı məşhurları siyahısına amerikalı rejissor və prodüser Stiven Spilberq başçılıq edir.

Rejissorun sərvəti 5,3 milyard dollar qiymətləndirilir. Nəşr vurğulayır ki, Spilberq ilk dəfə ən varlı amerikalılar reytinqinə hələ 1994-cü ildə daxil olub.

"Forbes” reytinqində ikinci yeri rejissor Corc Lukas tutub. Onun sərvəti 5,1 milyard dollar qiymətləndirilir.

Reytinqdə ilk üçlüyü 3,5 milyard dollar sərvəti ilə basketbolçu Maykl Cordan tamamlayır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri amerikalı sahibkar İlon Maskın dünyanın ən varlı adamı kimi tanındığı bildirilirdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->