"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hücumçu Erlinq Halandın zədə səbəbindən 5-7 həftə sıradan çıxacağını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Həkimlər mənə dedilər ki, o, 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq. Ona görə də ümid edirəm ki, mövsümün sonuna və Klublararası Dünya Çempionatına qədər hazır olacaq", deyə Qvardiola bildirib.
Haland bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt"a görə onun bazar dəyəri 200 milyon avrodur və ən bahalı iki futbolçusundan biridir (digəri "Real Madrid"dən Vinisiusdur).
Aydın
Şərhlər